Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü külək və dolu fəsadlara səbəb oldu - FOTO

© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağışın fəsadları
Qəbələdə güclü yağışın fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbələ və İsmayıllıda 350-yə yaxın ağac kökündən çıxıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. İki gündür davam edən güclü yağış və qasırğa Qəbələ rayonunda bir sıra fəsadlara yol açıb. Rayon mərkəzi və kəndlərində qasırğa nəticəsində ağaclar qırılıb, asfalt örtüyü sıradan çıxıb, bir sıra evlərə və şəxsi təsərrüfata ciddi maddi zərər dəyib.

© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağışın fəsadları
Güclü külək və dolu fəsadlara səbəb oldu - FOTO - Sputnik Azərbaycan
Qəbələdə güclü yağışın fəsadları

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, güclü külək nəticəsində əkin sahələri, eləcə də meyvə bağlarına  ciddi ziyan dəyib. Bir çox ağacların budaqları sınıb. Rayon üzrə ümumilikdə yol kənarında və şəxsi təsərrüfatda 250-yə yaxın ağac aşıb.

Bundan başqa, dünən gecə saatlarından başlayan intensiv yağış və güclü küləklə müşayiət olunan dolu Oğuz, İsmayıllı, Göyçay rayonlarında elektrik naqillərini sıradan çıxarıb. Elektrik enerjisinin verilməsində bəzi ərazilərdə fasilələr əmələ gəlib.

© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağışın fəsadları
Qəbələdə güclü yağışın fəsadları - Sputnik Azərbaycan
1/3
Qəbələdə güclü yağışın fəsadları
© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağışın fəsadları
Qəbələdə güclü yağışın fəsadları - Sputnik Azərbaycan
2/3
Qəbələdə güclü yağışın fəsadları
© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağışın fəsadları
Qəbələdə güclü yağışın fəsadları - Sputnik Azərbaycan
3/3
Qəbələdə güclü yağışın fəsadları
1/3
Qəbələdə güclü yağışın fəsadları
2/3
Qəbələdə güclü yağışın fəsadları
3/3
Qəbələdə güclü yağışın fəsadları

Güclü külək İsmayıllıda da meşədə ağaclara ziyan vurub. Baş vermiş güclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb.

Xəbər lenti
0