00:21 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Post Patrul Xidməti

Aptek soyğunçuları yaxalanıb

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
30 0 0

Hazırda faktla bağlı araşdırma aparılır

BAKI, 16 may — Sputnik. Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadla xəbər verir ki, zərərçəkmiş, Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib. 

Əlləri qandallanmış şəxs, arxiv şəkli
© Sputnik / Vitaliy Belousov

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.

Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıb.

Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Yevlaxda oğrular ələ keçiblər
Oğrular nazirin evini yardılar
Bakıda qəribə oğru tutuldu – Maşına girən şəxs orada yatıb qalıb
Damdan düşən oğrular ələ keçdilər
Teqlər:
oğurluq, aptek, polis, Gədəbəy

Əsas mövzular