17:53 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Zəlzələ, arxiv şəkli

Azərbaycanda baş verən zəlzələ ilə bağlı yeni məlumat yayıldı

© Sputnik / Ramil Ibrahimov
HADİSƏ
Qısa URL
337 0 0

BAKI, 6 fevral - Sputnik. 5 Fevral 2019-cu il tarixində İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32 də iki yeraltı təkan (zəlzələ) baş verib.

Sputnik Azərbaycan-ın Report-a istinadən məlumatına görə, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov zəlzələnin maqnitudasının 5.1, dərinliyinin 10 km olduğunu bildirib.

"İlkin araşdırmalara görə, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.

Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. 1-ci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə, torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır" - deyə o bildirib.

Azərbaycanın Ağsu rayonunda da yeraltı təkanlar qeydə alınıb.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:37-də Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanlar 11 km dərinlikdə 3,4 maqnituda gücündə qeydə alınıb.

Şamaxı rayonunda təbii fəlakət nəticəsində baş vermiş dağıntılarla əlaqədar fövqəladə komissiya yaradılıb.

Seysmoqraf. Arxiv şəkli
© AFP 2019 / Sam Yeh

Daha çox dağıntı rayonun Qaybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb.

Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Təhlükəsizliyə görə dağıntı baş vermiş ərazilərdə qazın verilişi tamam dayandırılıb.

Bir müddət öncə isə rayonun bəzi yerlərində elektrik enerjisində baş vermiş fasilə aradan qaldırılıb.

Zəlzələ ölkənin Rusiya ilə sərhəd şimal rayonlarından tutmuş, İranla sərhəd cənub rayonlarına qədər böyük bir ərazidə, o cümlədən Bakıda da hiss edilib.

Əlaqədar

Cənub bölgəsində zəlzələ olub
Ölkədə güclü zəlzələ oldu, dağıntı var

Əsas mövzular