BAKI, 3 fevral – Sputnik. Azərbaycanın Kəlbəcər rayonunda zəlzələ baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumata verilib.
Yerli vaxtla saat 09:30-da qeydə alınmış yeraltı təkanların gücü 3,3 bal olub.
Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.