22:59 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Xəstəxana otağı

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat edib

© Sputnik / Irade CELIL
HADİSƏ
Qısa URL
9466 0 0

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru dünyasını dəyişib

BAKI, 7 yanvar — Sputnik. Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru Çingiz Əliyev bu gün səhər saatlarında, 56 yaşında vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a ADDA-dan məlumat verilib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev
© Azərbaycan Dövlət Dəniz Akademiyasının mətbuat xidməti
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev

Qeyd edək ki, Çingiz Mansur oğlu Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə "Xəzərdənizneftdonanma" idarəsində kapitan köməkçisi kimi başlayıb, sonra kapitan vəzifəsinədək yüksəlib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.

1993-1996-cı illərdə "Xəzərdənizneftdonanma" idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, "Xəzərdənizneftdonanma" idarəsinin rəis müavini, 1996-2006-cı illərdə "British Petroleum" şirkətində dəniz işləri üzrə rəis, 2006-2013-cü illərdə "Caspian Marine Services" LTD şirkətində direktor vəzifələrində çalışıb.

Təcili tibbi yardım
© Sputnik / Irade JELIL

Həmin dövrdə "Günəşli" yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 nömrəli platformasının tam qurulmasında, "Çıraq" platformasının özülünün qoyulmasında iştirak edib.

2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə rektor müaini, 2014-cü ilin iyulunda ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə ADDA-nın rektoru vəzifəsinə təyin edilib.

Mərhum son dövrlərdə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Allah rəhmət eləsin.

Əlaqədar

“Ulduz” stansiyasında sərnişin vəfat edib
Məşhur sovet aktyoru vəfat edib
Keçmiş icra başçısı vəfat edib
İranın tanınmış din xadimi vəfat edib
Teqlər:
Çingiz Əliyev, vəfat, rektor, Azərbaycan Dövlət Dəniz Akademiyası

Əsas mövzular