17:36 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Həbs olunmuş qadın

"AMAY Abdulla"nın "qaynanası" cinayət başında yaxalanıb

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
010

"MTN agenti"nin spirtli içki sevdası onun anasının məhkəmə qarşısına çıxmasına səbəb olub

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Xətai Rayon Məhkəməsi özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) agenti və AMAY ticarət mərkəzinin keçmiş sahibi, oliqarx Abdulla Abdullayevin həyat yoldaşı kimi təqdim edən məşhur fırıldaqçı Aygün Akimovanın anasının işinə baxacaq. Qadın həbsxanaya gürcü limonadı butılkasında spirtli içki keçirməyə cəhd etdiyi üçün məhkəmə qarşısına çıxarılıb. Məhkəmə prosesi hakim İbrahim İbrahimlinin sədrliyi altında keçiriləcək.

Sputnik Azərbaycan-ın əvvəllər də verdiyi məlumata görə, Aygün Akimova AR Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.3.2 (dələduzluq, bir qrup şəxs tərəfindən törədildikdə və külli miqdarda) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

İndi isə məhkəmə qarşısında Aygün Akimovanın anası - Akimova Dilarə Yusif qızı dayanmalı olub. Qadın hal-hazırda qızının cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsinə spirtli içki keçirməyə cəhd göstərməkdə ittiham olunur.

Bu ilin oktyabrında Akimova penitensiar müəssisəyə Gürcüstan istehsalı olan "Nabeqlavi" limonadının butılkasında kustar üsulla hazırlanmış spirtli içki keçirməyə cəhd edərkən yaxalanıb. Qadının bu əməli AR Cinayət Məcəlləsinin 317-1.1 maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi ) ilə tövsif edilib.

Xatırladaq ki, Aygün Akimova 2016-cı ilin avqustunda həbs edilib. Cinayət işinin materiallarına əsasən, o, özünü bütün qurbanlarına nəinki təkcə məşhur şəxsin arvadı, eləcə də yüksək vəzifələr daşıyan şəxs - Nazirlər Kabinetinin əməkdaşı, keçmiş MTN-in polkovniki, həmçinin bu qurumun hazırda həbsdə olan generalının köməkçisi və s. kimi təqdim edib.

İş üzrə əsas zərərçəkənlərdən biri paytaxtın mərkəzində yerləşən ABC luxe qadın geyimləri mağazasının keçmiş sahibi Afət Hüseynova olub. Akimova ilə tanışlıqdan sonra Hüseynova 1.8 milyon manat dəyərində qiymətləndirilən sərvətini itirib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Akimovanın 790 min manatı Hüseynovaya geri qaytarması barədə qərar çıxarıb. İstintaq müəyyən edib ki, təkcə iddia olunan epizodlar üzrə Akimova öz qurbanlarını 1,35 milyon dollardan çox vəsaitlə əlaqədar aldadıb. İlkin məlumatlara görə, Dilarə Akimovanın işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 12-nə təyin edilib.

Əlaqədar

Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərildi
Gözümüzün önündə böyük cinayət törədilir
Gəncədə film kimi cinayət – Əvvəl evdən pullar itib, sonra oğlu itkin düşüb
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Teqlər:
qadın, polis, cinayət, məhkəmə

Əsas mövzular