09:25 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Sərhəd mühafizəçisi

İki iranlı Azərbaycana bəla gətirən zaman yaxalanıb

© Sputnik / Viktor Tolochko
HADİSƏ
Qısa URL
97 0 0

Hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna gö­rə saxlanılıb

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da "Biləsuvar" dövlət sərhə­din­dən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından (İİR) Azər­bay­can Respublikasına gələn İİR və­təndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sər­həd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna gö­rə saxlanılıb.

Hər iki İran vətəndaşının daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olun
© DSX-nin mətbuat xidməti
Hər iki İran vətəndaşının daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olun

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.

1 ədəd bağlamada 990 ədəd “Meta­don” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekur­sora bənzər maddə
© DSX-nin mətbuat xidməti
1 ədəd bağlamada 990 ədəd “Meta­don” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekur­sora bənzər maddə

2018-ci ilin 20 noyabr tarixində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə, DSX-nin Sərhəd Qoşunlarının "Göy­təpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qara­vul­daş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılmış 1 ədəd bağlamada 990 ədəd "Meta­don" psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekur­sora bənzər maddə aşkar edilərək götürül­üb.

Sahibsiz tapılmış 1 ədəd bağlama
© DSX-nin mətbuat xidməti
Sahibsiz tapılmış 1 ədəd bağlama

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Uşaq meydançasında narkotik maddə gizlədən həbs edildi
İrandan gətirdiyi narkotiki Bakıda torpağa gömdü
Narkotik alverçisi ələ keçdi
Gürcüstan vətəndaşları ölkəmizə narkotik vasitə keçirmək istədilər
Teqlər:
narkotik, sərhəd, gömrük

Əsas mövzular