09:49 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Bıçaqlı hücum, arxiv şəkli

Sürücünün boğazına bıçaq dirədilər: Evə salamat, amma pulsuz qayıtdı

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
103 0 0

Üç naməlum şəxs taksi sürücüsünə bıçaqla hücum edərək pullarını əlindən alıb

BAKI, 19 oktyabr — Sputnik. Taksi bir çoxlarının çörək qazanmaq vasitəsi olsa da, taksi sürücüsü olmaq təhlükəlidir. Çünki onlar bəlanın haradan gələcəyini ağıllarına gətirməyə imkan tapmamaş, bəla onları tapır.

Bakıda özəl taksi xidməti göstərən yerli sakinin boğazına bıçaq dayayaraq onu soyublar. Nəticədə taksi sürücüsü evə sağ-salamat, lakin pulsuz qayıtmalı olub. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməkdaşları oktyabrın 17-dən 18-nə keçən gecə 1993-cü il təvəllüdlü paytaxt sakini Amirzadə Vasif Tapdıq oğluna hücum edən üç nəfəri axtarır. Zərərçəkmiş şəxs özünün "VAZ-2107" markalı köhnə avtomobili ilə çörəkpulu qazanmaq üçün taksi xidməti göstərir. Səhər saat 04:00 radələrində sürücü Xocahəsən qəsəbəsindəki yeni yaşayış massivində üç naməlum müştərini taksiyə götürüb. Mənzil başına çatan müştərilərdən biri Amirzadənin boğazına bıçaq dirəyərək ondan pul istəyib.

Cinayətkarlar taksi sürücüsündə olan 60 manatı alaraq aradan çıxıblar. Hələlik şübhəlilərin şəxsiyyəti müəyyən edilməyib.

Qeyd edək ki, Bakıda taksi sürücülərinə sərnişinlər tərəfindən hücum edilməsi halları tez-tez baş verir. Taksi sürücülərini soyan sərnişinlərin əməli quldurluq faktı kimi təsnifləşdirilir.

Əlaqədar

Azərbaycanda şirkət belə qarət edilib - Film kimi senari
Nalbandyanın mənzili qarət olunub
Məşhur repçi qarət olundu
Rus səfiri küçənin ortasında qarət etdilər, ruhu da incimədi
Azərbaycanda kriminal avtoritetin evi qarət olunub, silah-sursat oğurlanıb
Teqlər:
quldurluq, qarət, taksi, pul, cinayət

Əsas mövzular