23:14 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9423
Təcili tibbi yardım

Göyçayda baş vermiş ağır qəzada xəsarət alanların adları məlum oldu

© Sputnik / Irade CELIL
HADİSƏ
Qısa URL
84 0 0

Hər iki yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

BAKI, 11 avqust — Sputnik. Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində baş verən avtomobil qəzasında yaralananların adları məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, "VAZ 2107" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Kürdəmir rayonu Şahsevən kənd sakini 1963-cü il təvəllüdlü Ağadadaş Məmmədov və onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Kifayət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əlaqədar

Göyçayda ağır qəza oldu, xəsarət alanlar var - FOTO
Göyçayda toy az qala vaya çevrilirdi: 14 nəfər ağır zəhərləndi
Göyçayda gənc qadın intihara cəhd etdi, ölüm ayağındadır

Əsas mövzular