BAKI, 11 avqust — Sputnik. Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində baş verən avtomobil qəzasında yaralananların adları məlum olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, "VAZ 2107" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Kürdəmir rayonu Şahsevən kənd sakini 1963-cü il təvəllüdlü Ağadadaş Məmmədov və onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Kifayət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.