23:52 14 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
912 0 0

Laisves yolunda qeydə alınan dava zamanı ABŞ əsgəri uniformada olmayıb

BAKI, 16 iyun — Sputnik. Litvanın Kaunas şəhərində ABŞ əsgəri azərbaycanlılar tərəfindən döyülüb.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kaunas şəhər polisi məlumat yayıb.

Məlumatda deyilir ki, Litvada NATO-nun “Saber Strike 2018” irimiqyaslı təlimlərinə qatılan ABŞ əsgəri və iki Azərbaycan vətəndaşı arasında gecə saatlarında mübahisə yaşanıb.

Laisves yolunda qeydə alınan dava zamanı ABŞ əsgəri uniformada olmayıb.

Açıqlamada qeyd edilib ki, azərbaycanlılardan biri ABŞ əsgərinin üzünə yumruqla xəsarət yetirib. Davanın hansı səbəbdən baş verməsi haqda məlumat yoxdur.

Xəsarət alan ABŞ əsgəri xəstəxanaya yerləşdirilib. Əsgərə xəsarət yetirən Azərbaycan vətəndaşlarından biri saxlanılıb.

Əlaqədar

Azərbaycanda qohumlar arasında kütləvi dava: Ölən və yaralananlar var
Qonorarını ala bilməyən Xalq artisti səhnədə dava saldı
Bakıda azərbaycanlılarla gürcülər arasında kütləvi dava oldu
Teqlər:
Laisves yolu, Saber Strike 2018, Dava, NATO, Azərbaycan, Litva, Kaunas

Əsas mövzular