BAKI, 16 iyun — Sputnik. Litvanın Kaunas şəhərində ABŞ əsgəri azərbaycanlılar tərəfindən döyülüb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kaunas şəhər polisi məlumat yayıb.
Məlumatda deyilir ki, Litvada NATO-nun “Saber Strike 2018” irimiqyaslı təlimlərinə qatılan ABŞ əsgəri və iki Azərbaycan vətəndaşı arasında gecə saatlarında mübahisə yaşanıb.
Laisves yolunda qeydə alınan dava zamanı ABŞ əsgəri uniformada olmayıb.
Açıqlamada qeyd edilib ki, azərbaycanlılardan biri ABŞ əsgərinin üzünə yumruqla xəsarət yetirib. Davanın hansı səbəbdən baş verməsi haqda məlumat yoxdur.
Xəsarət alan ABŞ əsgəri xəstəxanaya yerləşdirilib. Əsgərə xəsarət yetirən Azərbaycan vətəndaşlarından biri saxlanılıb.