Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ermənilər azərbaycanlı qızı güllələdilər

© Sputnik / Ilham MustafayevQazax Daqnostika Mərkəzi
Qazax Daqnostika Mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Qazax sakini ermənilərin açdığı atəş nəticəsində yaralanıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. Ermənilərin açdığı atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı ayağının topuq nahiyəsindən güllə yarası alıb. Yaralı yaxınları tərəfindən Qazax şəhər Diaqnostika Mərkəzinə çatdırılıb.

© Sputnik / Ilham MustafayevGüllə Güləma Ağamalıyevanın topuq nahiyəsinə dəyib
Güllə Güləma Ağamalıyevanın topuq nahiyəsinə dəyib  - Sputnik Azərbaycan
Güllə Güləma Ağamalıyevanın topuq nahiyəsinə dəyib

Xəsarət alanın əmisi Əvəz Ağamalıyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, hadisə G.Ağamalıyeva öz evlərinin həyətində quzu otararkən baş verib. O, hadisə zamanı 3 güllə səsi eşitdilərini deyib.

Qazax Daqnostika Mərkəzinin həkimi Aişə Əlisgəndərova yaralının sol ayaq pəncəsini dəlib keçən güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini, hazırda vəziyyətinin kafi olduğunu bildirib.

Xəbər lenti
0