İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 15 iyun — Sputnik. Ermənilərin açdığı atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı ayağının topuq nahiyəsindən güllə yarası alıb. Yaralı yaxınları tərəfindən Qazax şəhər Diaqnostika Mərkəzinə çatdırılıb.
© Sputnik / Ilham MustafayevGüllə Güləma Ağamalıyevanın topuq nahiyəsinə dəyib
Güllə Güləma Ağamalıyevanın topuq nahiyəsinə dəyib
© Sputnik / Ilham Mustafayev
Xəsarət alanın əmisi Əvəz Ağamalıyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, hadisə G.Ağamalıyeva öz evlərinin həyətində quzu otararkən baş verib. O, hadisə zamanı 3 güllə səsi eşitdilərini deyib.
Qazax Daqnostika Mərkəzinin həkimi Aişə Əlisgəndərova yaralının sol ayaq pəncəsini dəlib keçən güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini, hazırda vəziyyətinin kafi olduğunu bildirib.