Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı kəndlərində əməliyyat keçirilib

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır

BAKI, 7 iyun — Sputnik. Dünən polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolları aşkar edilərək götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Astara Rayon Polis şöbəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Astarada narkoşəbəkə aşkar edildi: Silah və narkotik tutuldu

Bildirilib ki, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər RPİ-nin əməkdaşları Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyevə məxsus həyətyanı sahədən 12 ədəd, Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mövsüm Quliyevə məxsus həyətyanı sahədən 11 ədəd, Naftalan ŞPŞ-nin əməkdaşları şəhər sakini Elçin İsmayıova məxsus həyətyanı sahədən 14 ədəd, Salyan RPŞ-nin əməkdaşları şəhər sakini Abdulrəhim Axundova məxsus həyətyanı sahədən 10 ədəd, Astara RPŞ-nin əməkdaşları Artupa kənd sakini Mahir Quliyevə məxsus həyətyanı sahədən 26 ədəd, Xaçmaz RPŞ-nin əməkdaşları isə Qarğalıq kəndinin ərazisində Xaçmaz şəhər sakini Seyfəl Xasməmmədov və Tofiq Zeynalov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edərək götürüblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Xəbər lenti
0