BAKI, 7 iyun — Sputnik. Dünən polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolları aşkar edilərək götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər RPİ-nin əməkdaşları Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyevə məxsus həyətyanı sahədən 12 ədəd, Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mövsüm Quliyevə məxsus həyətyanı sahədən 11 ədəd, Naftalan ŞPŞ-nin əməkdaşları şəhər sakini Elçin İsmayıova məxsus həyətyanı sahədən 14 ədəd, Salyan RPŞ-nin əməkdaşları şəhər sakini Abdulrəhim Axundova məxsus həyətyanı sahədən 10 ədəd, Astara RPŞ-nin əməkdaşları Artupa kənd sakini Mahir Quliyevə məxsus həyətyanı sahədən 26 ədəd, Xaçmaz RPŞ-nin əməkdaşları isə Qarğalıq kəndinin ərazisində Xaçmaz şəhər sakini Seyfəl Xasməmmədov və Tofiq Zeynalov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edərək götürüblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.