00:35 21 Aprel 2018
Canlı yayım
Gecə vaxtı

Şimal-qərb bölgəsində gecə basqını: Camaat təşviş içərisindədir

CC0 / mkrause / Landscape
HADİSƏ
Qısa URL
1048 0 0

"Artıq qorxuruq, xüsusilə gecələr mal-heyvanımıza qulluq göstərmək qorxulu hala gəlib"

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Qəbələ rayonunda canavar sürüsü vətəndaşa məxsus şəxsi təsərrüfata hücum edərək, 35 baş xırdabuynuzlu heyvanı parçalayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə aprelin 16-na keçən gecə saat 2-3 radələrində Qəbələ rayonunun Böyük Əmirli kəndində baş verib.

Orada məskunlaşmış Laçın rayonundan məcburi köçkün olan İbad Əmrahova məxsus şəxsi təsərrüfata soxulan yırtıcılar 18 baş qoyun-quzunu tələf edib, 17 baş qoyun-quzunu yaralayıb. Canavar sürüsü beton hasardan aşaraq tövləyə daxil olub. Həmin vaxt ərazidə çobanlar olmayıb.

Tələf olan heyvanlar
© Sputnik / Ilham Ahmadov
Tələf olan heyvanlar

Kənd sakinlərinin əməkdaşımıza verdikləri məlumata görə, son dövrlər bölgədə dolaşan canavarların sayı xeyli çoxalıb: "Artıq qorxuruq. Xüsusilə gecələr mal-heyvanımıza qulluq göstərmək qorxulu hala gəlib. Hər an canavar hücumuna məruz qala bilərik".

Rayonun baş baytarı Bəhman Abdulrəhmanov Sputnik Azərbaycan-a bildirib ki, Böyük Əmirlidə baş vermiş son hadisədə parçalanmış heyvanların cəsədləri yandırılaraq basdırılıb, yaralılar isə quduzluğa qarşı vaksinasiya edilib.

Sakinlər, ümumilikdə canavarlara qarşı ciddi zərərsizləşdirici tədbirin görülməsini istəyirlər. Əks halda, bu yırtıcıların həm heyvanlar, həm də insanlar üçün daha təhlükəli vəziyyət yaradacağını bildirirlər.

Əlaqədar

Canavarlarla 12 il bir mağarada yaşadı və indi onlardan ötrü darıxır
"Onu çəkib canavarın ağzından çıxardım" — 91 yaşlı çoban
Canavarlarla rəqs edən cangüdən
Qazaxın kəndində canavarlarla qanlı çarpışma gedib
Qaxda qorxunc hadisə: canavarlar insana və heyvanlara hücum etdi
Şəki sakinləri təlaş içində: Canavarlar kəndlərə hücum edir
Teqlər:
şəxsi təsərrüfat, Böyük Əmirli kəndi, quzu, Qəbələ rayonu, canavar, Sputnik Azərbaycan, heyvan, qoyun

Əsas mövzular