Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimal-qərb bölgəsində gecə basqını: Camaat təşviş içərisindədir

CC0 / mkrause / LandscapeДеревья на обочине дороги, фото из архива
Деревья на обочине дороги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Artıq qorxuruq, xüsusilə gecələr mal-heyvanımıza qulluq göstərmək qorxulu hala gəlib"

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Qəbələ rayonunda canavar sürüsü vətəndaşa məxsus şəxsi təsərrüfata hücum edərək, 35 baş xırdabuynuzlu heyvanı parçalayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə aprelin 16-na keçən gecə saat 2-3 radələrində Qəbələ rayonunun Böyük Əmirli kəndində baş verib.

Orada məskunlaşmış Laçın rayonundan məcburi köçkün olan İbad Əmrahova məxsus şəxsi təsərrüfata soxulan yırtıcılar 18 baş qoyun-quzunu tələf edib, 17 baş qoyun-quzunu yaralayıb. Canavar sürüsü beton hasardan aşaraq tövləyə daxil olub. Həmin vaxt ərazidə çobanlar olmayıb.

© Sputnik / Ilham AhmadovTələf olan heyvanlar
Tələf olan heyvanlar - Sputnik Azərbaycan
Tələf olan heyvanlar

Kənd sakinlərinin əməkdaşımıza verdikləri məlumata görə, son dövrlər bölgədə dolaşan canavarların sayı xeyli çoxalıb: "Artıq qorxuruq. Xüsusilə gecələr mal-heyvanımıza qulluq göstərmək qorxulu hala gəlib. Hər an canavar hücumuna məruz qala bilərik".

Rayonun baş baytarı Bəhman Abdulrəhmanov Sputnik Azərbaycan-a bildirib ki, Böyük Əmirlidə baş vermiş son hadisədə parçalanmış heyvanların cəsədləri yandırılaraq basdırılıb, yaralılar isə quduzluğa qarşı vaksinasiya edilib.

Sakinlər, ümumilikdə canavarlara qarşı ciddi zərərsizləşdirici tədbirin görülməsini istəyirlər. Əks halda, bu yırtıcıların həm heyvanlar, həm də insanlar üçün daha təhlükəli vəziyyət yaradacağını bildirirlər.

Xəbər lenti
0