10:01 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Bakının Binəqədi rayonunda bina uçub

Bakıda uçan bina barədə yeni faktlar üzə çıxdı

© Photo: Haqqın
HADİSƏ
Qısa URL
286 0 0

Binqədidə uçqun zamanı xəsarət alan olmayıb

BAKI, 19 mart — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Bakının Binəqədi rayonunda bina uçub. Uçqun zamanı bir neçə avtomobil zərər görüb.

Hüquq mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə rayonun "İkinci mədən" adlanan ərazisində baş verib. Əvvəllər bina yeməkxana kimi fəaliyyət göstərib. Sonradan istismara yarasız olduğu üçün fəaliyyətini dayandırıb.

"Yeməkxana əvvəllər neft şirkətinə məxsus olub. Bina, təxminən 1930-cu illərdə istifadəyə verilib. Bir neçə il əvvəl isə fəaliyyətini dayandırıb. Ərazidə sakinlər avtomobillərini saxlayırdılar. Hadisə zamanı da 3 avtomobil tamamilə əzilib, bir neçəsi isə zərər görüb", — deyə məlumatda bildirilir.

Hadisə zamanı binada heç kəsin olmadığını və bu səbəbdən kimsənin xəsarət almadığını qeyd olunur.

Xatırladaq ki, Binəqədi rayonu ərazisində yerləşən köhnə binanın kərpicləri yataqxananın yanında park edilmiş BYD, VAZ 2106, Opel və digər markalı avtomobillərin üzərinə düşüb. VAZ 2106 daha çox əzilib və maşın, demək olar ki, tamamilə sıradan çıxıb.

Əlaqədar

Bakıda bina uçdu: Xəsarət alanlar barədə hələlik məlumat yoxdur
Bakıda daha bir sürüşmə, evlər uçub
Polşada yaşayış binası uçub, 3 nəfər ölüb
Bakıdan birbaşa uçacağıq: Daha bir vacib reys açıldı
Teqlər:
Binəqədi rayonu, uçqun, sakin, bina, Bakı, avtomobil

Əsas mövzular