Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda uçan bina barədə yeni faktlar üzə çıxdı

© Photo : HaqqınВ Баку обрушилось ветхое здание общежития
В Баку обрушилось ветхое здание общежития - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Binqədidə uçqun zamanı xəsarət alan olmayıb

BAKI, 19 mart — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Bakının Binəqədi rayonunda bina uçub. Uçqun zamanı bir neçə avtomobil zərər görüb.

Hüquq mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə rayonun "İkinci mədən" adlanan ərazisində baş verib. Əvvəllər bina yeməkxana kimi fəaliyyət göstərib. Sonradan istismara yarasız olduğu üçün fəaliyyətini dayandırıb.

"Yeməkxana əvvəllər neft şirkətinə məxsus olub. Bina, təxminən 1930-cu illərdə istifadəyə verilib. Bir neçə il əvvəl isə fəaliyyətini dayandırıb. Ərazidə sakinlər avtomobillərini saxlayırdılar. Hadisə zamanı da 3 avtomobil tamamilə əzilib, bir neçəsi isə zərər görüb", — deyə məlumatda bildirilir.

Hadisə zamanı binada heç kəsin olmadığını və bu səbəbdən kimsənin xəsarət almadığını qeyd olunur.

Xatırladaq ki, Binəqədi rayonu ərazisində yerləşən köhnə binanın kərpicləri yataqxananın yanında park edilmiş BYD, VAZ 2106, Opel və digər markalı avtomobillərin üzərinə düşüb. VAZ 2106 daha çox əzilib və maşın, demək olar ki, tamamilə sıradan çıxıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала