16:14 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Təcili yardım avtomobili

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat edib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
82710

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri dünyasını dəyişib

BAKI, 19 fevral — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat edib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, A.Ələsgərov dünən axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, A.Ələsgərov 1937-ci ilin dekabrın 13-də Bakıda anadan olub. A.Ələsgərov əmək fəaliyyətinə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"nın mühəndisi kimi başlayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov

Daha sonra o, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" trestində mühəndis, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsinin mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy", layihənin baş mühəndisi, şöbə müdiri, trestin baş mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsinin baş mühəndisi, SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunun baş mühəndisinin müavini, "Bakıbaştikinti"nin Layihə — Konstruktor Texnoloji Bürosunun direktoru, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.

A.Ələsgərov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri idi.

Xatırladaq ki, A.Ələsgərov Azərbaycan Memarlar İttifaqının sədri olub, "Şərəf Nişanı" ordeni, "Xalqlar Dostluğu" ordeni, "Şöhrət" ordeni ilə təltif olunub, 1987-ci ildə "Azərbaycanın əməkdar mühəndisi və 2007-ci ildə "Azərbaycanın əməkdar memarı" fəxri adları verilib.

Əlaqədar

Azərbaycanın Xalq artisti vəfat etdi
Populyar cizgi filminin yaradıcısı vəfat etdi
Azərbaycanda daha bir tanınmış jurnalist vəfat edib
Azərbaycanda tanınmış şəxs vəfat edib
"Əsas instinkt"də çəkilmiş aktrisa vəfat etdi
Tanınmış azərbaycanlı jurnalist vəfat edib
Teqlər:
Abbas Ələsgərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, sədr

Əsas mövzular