11:56 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
282 0 0

Yaşlı qadın işlədiyi dükanın içində yanıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Tovuzda dəhşətli hadisə baş verib. Belə ki, 62 yaşlı qadın işlədiyi mağazanın içində yanıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayon bazarındakı gül dükanında baş verib. Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasına düşüb və alışmağa başlayıb.

  • Tovuz rayon bazarındakı gül dükanı
    Tovuz rayon bazarındakı gül dükanı
    © Sputnik / Ilham Mustafa
  • Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasına düşüb və alışmağa başlayıb
    Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasına düşüb və alışmağa başlayıb
    © Sputnik / Ilham Mustafa
  • Qadın yaxındakıların köməyi ilə içəridən çıxarılaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb
    Qadın yaxındakıların köməyi ilə içəridən çıxarılaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Tovuz rayon bazarındakı gül dükanı

Qadın yaxındakı insanların köməyi ilə dükandan çıxarılaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Burada tibbi yardım göstərilib və vəziyyəti ağır olduğundan Gəncə xəstəxanalarının birinə köçürülüb. Hadisə nəticəsində qadının bədəninin 65 faizinin yandığı bildirilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, 20 Yanvar Ümummilli Hüzn Günü ilə əlaqədar Nərgiz Əmiraslanova həmin gecə dükanda gecələməyə qərar verib.

Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib. Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Qazaxıstanda yanan avtobusun sahibi azərbaycanlıdır?
Dost ölkədə dəhşət yaşandı: 52 sərnişin avtobusda diri-diri yandı
Qobustanda dəhşətli faciə: körpə bacı-qardaş evdə diri-diri yandı
Yataqxana yandı, sakinlər təxliyyə olundu
Teqlər:
gül dükanı, Tovuz, xəstəxana, qadın, yanğın

Əsas mövzular