16:19 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
Tufandağda itkin düşən alpinistlərin axtarışı (12)
325600

Axtarışlar davam edir, müəyyən izlərə rast gəlinib

BAKI, 28 dekabr — Sputnik. Bu gün səhər saatlarından, itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb. Sputnik Azərbaycan Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə "Gilavar" klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

O bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: "Müəyyən izlərə rast gəlinib. Gün ərzində məlumatlar dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, axtarışlara FHN-in Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış işlərinə əlavə qüvvələr, o cümlədən Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Bununla yanaşı, axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Alpinistləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki postuna aparan Xınalıq kənd sakini Rasim Aslanov deyir ki, hava şəraiti pis olduğu üçün onlara geri qayıtmağı məsləhət görüb. Lakin alpinistlər israrla marşrutu davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, alpinistlər dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıblar. Onlardan Babur Hüseynovun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı olduğu bildirilir.

Mövzu:
Tufandağda itkin düşən alpinistlərin axtarışı (12)

Əlaqədar

İtkin düşmüş alpinistlərin axtarışları ilə bağlı rəsmi məlumat yayıldı
İtkin düşmüş alpinistlərdən xəbər var
İtkin düşmüş alpinistlərin başına nə gəlib - Son xəbər
Tufandağda itkin düşmüş alpinistlər axtarılır
Teqlər:
Ziya Qasımov, "Gilavar" klubu, alpinist, itkin

Əsas mövzular