06:08 25 Noyabr 2017
Canlı yayım
Saratov, arxiv şəkli

İş adamının qətlində məmur izi: Keçmiş başçı istintaqa çağırıldı

© Sputnik / Andrey Vasilyev
HADİSƏ
Qısa URL
475 0 0

Saratov vilayətinin keçmiş rəhbəri, Ceyhun Cəfərovun qətli ilə bağlı istintaqa cəlb edilib

BAKI, 15 noyabr — Sputnik. Saratovda qətlə yetirilmiş azərbaycanlı biznesmen Ceyhun Cəfərovun işi ilə bağlı yeni detallar ortaya çıxıb. Belə ki, müstəntiqlər biznesmenin qətli ilə əlaqədar olaraq bu dəfə Saratovun keçmiş başçısı Valeri Sarayevin qapısını döyüblər. İstintaqın Sarayevə sualları yaranıb və onu sözügedən cinayət işi ilə bağlı dindirəcəklər.

Bu barədə Sputnik Azərbaycan-a Saratovdakı Azərbaycan diasporunun üzvləri məlumat veriblər. "Vozrojdenie-KDM" tikinti şirkətinin sahibi Ceyhun Cəfərov oktyabrın 24-də axşam saat 6-ya yaxın Zooloqiçeskaya küçəsindəki evinin qarşısında güllələnib. Qatil Cəfərovu ürəyindən vurub və dərhal gizlənib. Bu qətllə əlaqədar olaraq Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (adam öldürmə) və 222-ci maddəsinin birinci hissəsi (qanunsuz odlu silahların (döyüş silahlarının) əldə olunması, saxlanması, gəzdirilməsi) ilə cinayət işi açılıb.

Mənbələrin verdiyi məlumata görə, istintaq o qənaətə gəlib ki, qətl sifarişli xarakter daşıyır. Müxtəlif versiyalar üzrə iş aparılır. Onlardan əsası inşaat şirkətinin rəhbərinin iqtisadi fəaliyyəti ilə bağlıdır. Ehtimal var ki, onun aradan götürülməsində tərəfdaşları maraqlı olsunlar.

O da istisna edilmir ki, sifarişçilər şirkətin vəsaitlərinin ödənilməsində vasitəçi rolunu oynayan birgünlük firmaların sahibləri olsun. İstintaq Sarayevlə qətlə yetirilən şəxs arasında obyektlərin tikintisi ilə bağlı müqavilə öhdəliklərinin olduğu barədə məlumatı araşdırır. Məhz məsələnin bu tərəfi ilə bağlı Sarayevə suallar veriləcək.

Lakin Sputnik Azərbaycan-a verdiyi açıqlamada, "Vətən" Azərbaycan Milli Mədəni Mərkəzinin rəhbəri və Cəfərovun yaxın dostu Vladimir Muradov bildirib ki, Sarayevin bu qətldə iştirakının olduğuna inanmır.

"Cəfərov Sarayevlə işləyib, amma onların arasında hər hansı fikir ayrılığı, yaxud münaqişə olmayıb. Müqavilə üzrə bütün öhdəliklər hər iki tərəfdən yerinə yetirilib. O, obyektləri vaxtında təhvil verib və şəhər rəhbərliyi ilə hər hansı münaqişəsi olmayıb" — deyə Muradov bildirib.

Onun sözlərinə görə, Cəfərovun öz ortaqları tərəfindən aradan götürülməsi ehtimalı da inandırıcı deyil: "Cəfərov "Vozrojdenie-KDM" ASC-nin yeganə təsisçisi və direktoru olub. "Vozrojdenie-KDM"-in ən böyük layihəsi, 2012-ci ildə baş vermiş yanğından sonra qədim Saratov Gənc Tamaşaçılar Teatrının binasının bərpası olub".

Muradovun sözlərinə görə, bu müqavilə üzrə əsas işlər 2015-2016-cı illərdə görülüb. İrimiqyaslı layihənin qiyməti yarım milyard rubla yaxın olub və bu vəsait federal büdcədən ödənilib. Cəfərov Saratov vilayətindəki sosial obyektlərin təmiri və tikintisi üzrə dövlət hərraclarının ən fəal iştirçılarından biri olub. Uşaq bağçaları, xəstəxanalar, təhsil müəssisələri — "Vozrojdenie-KDM" bu qəbildən on milyonlarla rubl dəyəri olan müqavilələr bağlayıb. Məmurlar dəfələrlə Cəfərovun şirkətinin işi yüksək keyfiyyətlə gördüyünü qeyd ediblər və inşaatçılara təşəkkürnamələr verilib.

Buna paralel olaraq, Cəfərov Saratovdakı Azərbaycan diasporunun həyatında da fəal iştirak edib. İcmaya müxtəlif layihələri həyata keçirməkdə kömək edib və buna görə oradakı azərbaycanlıların hörmətini qazanıb. O, eyni zamanda Saratov vilayətinin Nərd İdman Federasiyasının prezidenti olub.

"Onun düşməni yox idi. O, heç kimlə münaqişəyə girişməzdi. Onun pul borcları da yox idi. Biz də başa düşmürük ki, onun qətlində kim maraqlı olub. Hüquq-mühafizə orqanlarında indiyə qədər heç bir ipucu yoxdur. İstintaqın irəlü sürdüyü versiyalardan heç birinin əsası yoxdur" — deyə Muradov bildirib.

Əlaqədar

Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirdi
Əsrin ən qalmaqallı qətlindəki sirr pərdəsi çözülür
Sevgilisinin qətlinə dözməyən qız özünü asdı
Rusiyada azərbaycanlı öz həmyerlisinin qətlini sifariş edib
Daha bir məşhur müğənni qətlə yetirildi
Teqlər:
Valeri Sarayev, Ceyhun Cəfərov, Saratov, diaspor, biznesmen, qətl, istintaq, Azərbaycan

Əsas mövzular