20:29 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
HADİSƏ
Qısa URL
32 0 0

Axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin "Orion" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, itkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.

Axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Əsas mövzular