BAKI, 12 noyabr — Sputnik. Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin "Orion" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, itkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.
Axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.