14:21 22 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
433901

Valideynlər uşaqlarını bayıra buraxa bilmirlər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 2 noyabr — Sputnik. Oğuz rayonunda çaqqal insanlara hücum edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib. Çaqqal bir neçə nəfər kənd sakininə hücum edib və onları yaralayıb.

Əvvəlcə sakini, 1984-cü il təvəllüdlü İbrahimova Aynur İmdad qızı vəhşi heyvanın hücumuna məruz qalıb. İbrahimovların yaşadıqları həyətyanı sahəyə soxulan heyvan, həyətdə söhbət edən 3 nəfər qadına hücum edib, öncə Aynurun, ardınca yanındakı 2 qadınun ayaq nahiyəsindən və qolundan dişləyib.

  • Çaqqal 3 nəfər kənd sakininə hücum edib
    Çaqqal 3 nəfər kənd sakininə hücum edib
    © Sputnik / Ilham Ahmadov
  • Yaralılar Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardım göstərilib
    Yaralılar Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardım göstərilib
    © Sputnik / Ilham Ahmadov
  • Oğuz rayon mərkəzi xəstəxanası
    Oğuz rayon mərkəzi xəstəxanası
    © Sputnik / Ilham Ahmadov
1 / 3
© Sputnik / Ilham Ahmadov
Çaqqal 3 nəfər kənd sakininə hücum edib

Daha sonra həyətdəkilərin qışqırıq səsini eşidən qonşular və evdəkilər köməyə gəliblər. Bu zaman çaqqal onların üstünə hücum çəkib, əl-ayaqlarını yaralayıb. Xəsarət alan şəxslər Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilk tibbi yardim göstərilib.

Hazırda kənd sakinləri səksəkə içərisindədirlər. Valideynlər uşaqlarını bayıra buraxa bilmirlər ki, analoji hadisə hər an təkrarlana bilər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Əlaqədar

Çaqqal kəndlilərə hücum etdi, 3 nəfər yaralandı
Şəkidə çaqqal kəndliləri dişlədi
Teqlər:
İbrahimova Aynur İmdad qızı, çaqqal, Oğuz rayonu, sakin, insan, hücum

Əsas mövzular