Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda insident: sakinlər səksəkə içərisindədirlər

© Sputnik / Ilham AhmadovXəstələr Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardım göstərilib
Xəstələr Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardım göstərilib - Sputnik Azərbaycan
Abunə olmaq
Valideynlər uşaqlarını bayıra buraxa bilmirlər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 2 noyabr — Sputnik. Oğuz rayonunda çaqqal insanlara hücum edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib. Çaqqal bir neçə nəfər kənd sakininə hücum edib və onları yaralayıb.

Əvvəlcə sakini, 1984-cü il təvəllüdlü İbrahimova Aynur İmdad qızı vəhşi heyvanın hücumuna məruz qalıb. İbrahimovların yaşadıqları həyətyanı sahəyə soxulan heyvan, həyətdə söhbət edən 3 nəfər qadına hücum edib, öncə Aynurun, ardınca yanındakı 2 qadınun ayaq nahiyəsindən və qolundan dişləyib.

© Sputnik / Ilham AhmadovÇaqqal 3 nəfər kənd sakininə hücum edib
Çaqqal 3 nəfər kənd sakininə hücum edib - Sputnik Azərbaycan
1/3
Çaqqal 3 nəfər kənd sakininə hücum edib
© Sputnik / Ilham AhmadovYaralılar Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardım göstərilib
Yaralılar Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardım göstərilib - Sputnik Azərbaycan
2/3
Yaralılar Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardım göstərilib
© Sputnik / Ilham AhmadovOğuz rayon mərkəzi xəstəxanası
Oğuz rayon mərkəzi xəstəxanası - Sputnik Azərbaycan
3/3
Oğuz rayon mərkəzi xəstəxanası
1/3
Çaqqal 3 nəfər kənd sakininə hücum edib
2/3
Yaralılar Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardım göstərilib
3/3
Oğuz rayon mərkəzi xəstəxanası

Daha sonra həyətdəkilərin qışqırıq səsini eşidən qonşular və evdəkilər köməyə gəliblər. Bu zaman çaqqal onların üstünə hücum çəkib, əl-ayaqlarını yaralayıb. Xəsarət alan şəxslər Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilk tibbi yardim göstərilib.

Hazırda kənd sakinləri səksəkə içərisindədirlər. Valideynlər uşaqlarını bayıra buraxa bilmirlər ki, analoji hadisə hər an təkrarlana bilər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0