01:52 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
HADİSƏ
Qısa URL
81 0 0

Batumidə qazdoldurma stansiyasında partlayış olub, xəsarət alanlar var.

BAKI, 16 avqust — Sputnik. Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində maye qaz yanacaqdoldurma stansiyasında güclü partlayış baş verib.

Sputnik Gürcüstan-ın məlumatına görə, nəticədə ətrafda olan 4 yaşayış evində yanğın başlayıb.

Hadisə nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir. Onlardan birinin, 22 yaşlı gəncin vəziyyəti lap ağırdır. Onun bədəninin 90%-i yanıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub. Gürcüstan DİN-dən verilən məlumata əsasən, hadisə yerində 60-dək xilasedici və yanğınsöndürən cəlb olunub.

Teqlər:
qazdoldurma stansiyası, partlayış, Batumi, Gürcüstan

Əsas mövzular