BAKI, 16 avqust — Sputnik. Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində maye qaz yanacaqdoldurma stansiyasında güclü partlayış baş verib.
Sputnik Gürcüstan-ın məlumatına görə, nəticədə ətrafda olan 4 yaşayış evində yanğın başlayıb.
Hadisə nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir. Onlardan birinin, 22 yaşlı gəncin vəziyyəti lap ağırdır. Onun bədəninin 90%-i yanıb.
Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub. Gürcüstan DİN-dən verilən məlumata əsasən, hadisə yerində 60-dək xilasedici və yanğınsöndürən cəlb olunub.