Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın bir ailəni evsiz qoydu

© Sputnik / Ramil IbrahimovYusif Qurbanova məxsus evdə baş vermiş yanğın
Yusif Qurbanova məxsus evdə baş vermiş yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Qısa müddət ərzində bütün otaqları bürüyən yanğına qonşular müdaxilə etməyə çalışsalar da, alovun qarşısını almaq mümkün olmayıb

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Bərdədə fərdi yaşayış evində yanğın baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə təqribən saat 15:30 radələrində rayonun Vaqif küçəsində Yusif Qurbanova məxsus evdə qeydə alınıb. Qısa müddət ərzində bütün otaqları bürüyən yanğına qonşular müdaxilə etməyə çalışsalar da, alovun qarşısını almaq mümkün olmayıb. Dərhal FHN-nin Bərdə yanğından mühafizə xidmətinə məlumat verilib. İçəridə qaz balonu olma ehtimalına qarşı hadisə yerinə gələn polis əməkdaşları sakinləri oradan uzaqlaşdırıb. Yanğınsöndürənlər alovu söndürərək, yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıblar.

© Sputnik / Ramil IbrahimovYusif Qurbanova məxsus evdə baş vermiş yanğın
Yusif Qurbanova məxsus evdə baş vermiş yanğın - Sputnik Azərbaycan
1/2
Yusif Qurbanova məxsus evdə baş vermiş yanğın
© Sputnik / Ramil IbrahimovYusif Qurbanova məxsus evdə baş vermiş yanğın
Yusif Qurbanova məxsus evdə baş vermiş yanğın - Sputnik Azərbaycan
2/2
Yusif Qurbanova məxsus evdə baş vermiş yanğın
1/2
Yusif Qurbanova məxsus evdə baş vermiş yanğın
2/2
Yusif Qurbanova məxsus evdə baş vermiş yanğın

Hadisə şahidlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, yanğın baş verən vaxt evdə heç kim olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur. Evin içərisində olan əşyaların yalnız bir qismini xilas etmək mümkün olub.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0