14:39 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
52 0 0

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. İyulun 17-si axşam saatlarında Balakən rayonunun Meşəşanbul kəndində qəza baş verib. Kənd sakini İbrahim Abdulla oğlu Gəncəyev, "Niva" markalı, 99 GN 994 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, qəfildən avtomobilin qarşısına çıxan velosipedçi, həmkəndlisi, 2005-ci il təvəllüdlü Şamil Ramazan oğlu Hümbətovu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 yaşlı oğlan Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona sol bud sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Əlaqədar

Ağır qəzada ölənlərin sayı 5 nəfərə çatdı
Hava limanı yolunda ölümlə nəticələnın ağır qəza
Qəza baş verdi, sürücü xəsarət aldı
Baş verən qəzada 5 nəfər yaralandı
Rayonun girişində ağır qəza
Teqlər:
Şamil Ramazan oğlu Hümbətov, İbrahim Abdulla oğlu Gəncəyev, Meşəşanbul kəndi, Balakən rayonu, velosiped

Əsas mövzular