Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 18 iyul — Sputnik. İyulun 17-si axşam saatlarında Balakən rayonunun Meşəşanbul kəndində qəza baş verib. Kənd sakini İbrahim Abdulla oğlu Gəncəyev, "Niva" markalı, 99 GN 994 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, qəfildən avtomobilin qarşısına çıxan velosipedçi, həmkəndlisi, 2005-ci il təvəllüdlü Şamil Ramazan oğlu Hümbətovu vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 yaşlı oğlan Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona sol bud sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.