Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda reket jurnalistlər rüşvət aldıqları yerdə tutuldular

© Sputnik / Anar MustafayevReket jurnalist. Arxiv şəkli
Reket jurnalist. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar

BAKI, 15 iyul — Sputnik. Bakıda reket jurnalistlərə qarşı əməliyyat keçirilib. "Report" xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən "Qədim Qəbələ" restoranında Ş.Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Xəbər lenti
0