BAKI, 15 iyul — Sputnik. Bakıda reket jurnalistlərə qarşı əməliyyat keçirilib. "Report" xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən "Qədim Qəbələ" restoranında Ş.Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar.
Fakt üzrə araşdırmalar davam etdirilir.