Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Partlayış bir ailənin məhvinə səbəb oldu

© Sputnik/ Tabıldı KadırbekovQırğızıstanda xəstəxana
Qırğızıstanda xəstəxana - Sputnik Azərbaycan
Abunə olmaq
Ölənlər 52 yaşlı ata və onun 10 yaşlı oğludur

BAKI, 20 iyun — Sputnik. Qırğızıstanın İssık-Kul vilayətinin Ananyevo kəndində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, 7 nəfər yaralanıb.

Sputnik Qırğızıstan-ın məlumatına görə, ölənlər 52 yaşlı ata və onun 10 yaşlı oğludur.

Hadisəyə səbəb məntəqə yaxınlığındakı qaz balonlarının partlaması olub.

Yaralananlardan beşinin vəziyyəti ağırdır. Onlar Çolpon-Atı xəstəxanasının reanimasiya şöbəsindədirlər. 

Qırğızıstanın baş naziri Sooronbay Jeenbekov hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə bütün yanacaqdoldurma məntəqələrini yoxlamaq tapşırığını verib.

Xəbər lenti
0