BAKI, 20 iyun — Sputnik. Qırğızıstanın İssık-Kul vilayətinin Ananyevo kəndində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, 7 nəfər yaralanıb.
Sputnik Qırğızıstan-ın məlumatına görə, ölənlər 52 yaşlı ata və onun 10 yaşlı oğludur.
Hadisəyə səbəb məntəqə yaxınlığındakı qaz balonlarının partlaması olub.
Yaralananlardan beşinin vəziyyəti ağırdır. Onlar Çolpon-Atı xəstəxanasının reanimasiya şöbəsindədirlər.
Qırğızıstanın baş naziri Sooronbay Jeenbekov hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə bütün yanacaqdoldurma məntəqələrini yoxlamaq tapşırığını verib.