04:58 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Qətl

Azərbaycanda gerçək qətliam törədilib - təfərrüatlar

CC0 / jarmoluk / crying
HADİSƏ
Qısa URL
427710

Qatil gecəni öz qurbanlarının meyitlərinin yanında keçirib, səhər isə polisə gedərək təslim olub

BAKI, 9 iyun — Sputnik. Mingəçevirdə tükürpədici qətl baş verib. Ailə başçısı arvadını və iki azyaşlı uşağını öldürüb. Bu barədə Sputnik Azərbaycan-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Qətl ötən gecə baş verib. Hüquq-mühafizə orqanları isə bundan bu gün səhər xəbər tutublar. 1960-cı il təvəllüdlü Hüseynov Lazım Ağa oğlu bütün gecəni doğmalarının qanlı cəsədləri yanında keçirib. Sonra odlu silahı gizlədərək, səhər saat 09:10-da Polis İdarəsinə gedib və törətdiyi cinayət barədə xəbər verib. O, polisə bütün ailə üzvlərini necə öldürdüyünü anladıb.

Qətlin qurbanlar — onun həyat yoldaşı Aynurə Hüseynova, 8 yaşlı oğlu Hüseyn Hüseynov və 5 yaşlı qızı Mədinə Hüseynova olub. Məlumata görə, Hüseynov qətl zamanı iki silahdan — bir odlu və bir soyuq silahdan istifadə edib.

Cinayətdə istifadə edilən odlu silah — Kalaşnikov avtomatı sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tapılaraq maddi sübut kimi götürülüb. Məlum olub ki, Hüseynov birinci Qarabağ müharibəsinin veteranıdır. Elə müharibədə iştirak etdiyi vaxtdan da silahı özündə saxlayıb.

İlkin dindirilmə zamanı Hüseynov etiraf edib ki, əvvəlcə arvadını uşaqlarının gözü qabağında öldürüb. Sonra isə oğluna və qızına bir neçə bıçaq zərbəsi vurub. O, etiraf edib ki, uşaqlarını vurarkən affekt vəziyyətində olub.

Saxlanılan şəxs arvadını qısqanclıq zəminində öldürdüyünü deyib. Qətl faktı ilə bağlı cinayət işi açılıb, araşdırma davam edir.

Əlaqədar

Tibb bacısı azı 60 uşağın qətlində şübhəli bilinir
Uzun zamandan bəri ölü bilinən kriminal avtoritet Bakıda qətlə yetirildi
Qısqanclıq zəminində dəhşətli qətl
Qohumların söhbəti qısa oldu və qətllə başa çatdı
Sərxoş qadınlar tərəfindən amansız qətl
Ermənistanda rusiyalı hərbçi qətlə yetirilib
Qubada dəhşətli qətliam yad edilib
Teqlər:
ailə başçısı, övlad, kişi, qətl, Mingəçevir, polis, qadın, silah, uşaq

Əsas mövzular