Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Anasını qətlə yetirən şəxs polisə təslim oldu

CC0 / cocoparisienne / handcuffsНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nail Məhərrəmov: “Dəfələrlə xəbərdarlıq etdim. "Bu sənlik deyil" dedi. Mən də öldürdüm”.

BAKI, 29 may — Sputnik. Anasının qətlində təqsirli bilinən və haqqında axtarış elan olunmuş şəxs könüllü olaraq polisə təslim olub.

“Report” xəbər verir ki, anası Kəmalə Məhərrəmovanın qətlində təqsirli bilinən 1994-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Məhərrəmov Nail Əlövsət oğlu bu gün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

Nail Məhərrəmov ilkin dindirilmə zamanı anasını qətlə yetirdiyini etiraf edib. O, bunu anasının əxlaqdankənar hərəkətlərinə dözə bilmədiyi üçün etdiyini bildirib:

“Dəfələrlə xəbərdarlıq etdim. "Bu sənlik deyil" dedi. Mən də öldürdüm”.

Hadisə may ayının 27-də Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. Həmin vaxt qətli törədən Nail Məhərrəmov hadisə yerindən qaçıb və haqqında axtarış elan olunub. 

Xəbər lenti
0