Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dəhşətli terror aktı nəticəsində onlarla insan xəsarət alıb

© AP Photo / Peter Byrne Armed police positioned near emergency vehicles after reports of an explosion at the Manchester Arena during an Ariana Grande concert in Manchester, England Monday, May 22, 2017.
Armed police positioned near emergency vehicles after reports of an explosion at the Manchester Arena during an Ariana Grande concert in Manchester, England Monday, May 22, 2017. - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur

BAKI, 23 may — Sputnik. İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 60-dək insan yaralanıb. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

“Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 60-a yaxın insan yaralanıb” — məlumatda deyilir.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.

Xəbər lenti
0