BAKI, 23 may — Sputnik. İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 60-dək insan yaralanıb. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
“Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 60-a yaxın insan yaralanıb” — məlumatda deyilir.
Polis hadisəni terror aktı kimi qiymətləndirib. İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.