22:28 26 İyul 2017
Canlı yayım
Leysan

Üç rayonumuzdan həyacan siqnalı gəldi

© Sputnik / Shahperi Abbasova
HADİSƏ
Qısa URL
775804

Təbiət şimal-qərb bölgəsinə qarşı bütün gücünü işə salıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Respublikanın əksər bölgələrində müşahidə olunun leysan xarakterli yağıntılar, şimal-qərb bölgəsinə xüsusilə ziyan vurub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dünən gecə saat 20.30 radələrində Qəbələyə güclü leysan və dolu yağıb. Küləklə müşayiət olunan böyük dolu dənələri bəzi ərazilərdə şəxsi təsərrüfatlara və meyvə ağaclarına, habelə avtomobillərə ziyan vurub.

Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi küçə və yolları su basıb. Həmçinin, meyvə ağacları, tərəvəz sahələri ziyan görüb. Xoşbəxtlikdən dolu Qəbələ rayonunun mərkəzi hissəsində olub və digər ərazilərdə, xüsusilə dağlıq kəndlərdə ciddi fəsadlara yol açmayıb.

Leysan xarakterli yağışlar Şamaxı rayonunda da müşahidə olunub. Bu rayonda təsərrüfatlara ciddi ziyan dəyməsə də, çaylarda sululuq artıb. Sel təhlükəsi yaranıb.

Güclü yağışlar, Şamaxıdan fərqli olaraq, Qobustan rayonunda bəzi kəndlərə və şəxsi təsərrüfatlara ciddi ziyan vurub. Rayonunun Poladlı kəndini su basıb, sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və ev quşları tələf olub. Evlərdə və təsərrüfatlarda fəsadlar meydana çıxıb.

Hazırda aidiyyəti qurumlar əraziyə baxış keçirir, əhaliyə dəyən ziyan müəyyənləşdirilir. Rayonun Təsi, Poladlı və Yekəxana kəndləri çay kənarında yerləşdiyi üçün, bu kəndlərdə də təbii fəlakət yaşanması təhlükəsi var.

Tökülən leysan Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib. Çayın məcrasının dəyişməsi bir sıra fəsadlar yaradıb.

Əlaqədar

Leyla Əliyeva: "İnsan fəaliyyəti təbiətin qanunlarını pozur"
Təbiət daha bir bölgəmizə amansız üzünü göstərdi
"Azərsu" təbiətin acığını vətəndaşdan çıxır
Sabah leysan olacaq
Şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək
Yenə leysan yağacaq
Teqlər:
ziyan, Respublika, yağıntı, daşqın, dolu, Şamaxı, təbiət, kənd, Qəbələ, sakin, bölgə, əhali, Qobustan, çay, rayon, leysan, sel, külək, yağış

Əsas mövzular