01:21 26 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
1301

Fevralın 6-dan 12-dək təbii fəlakət bölgəsində 749 zəlzələ qeydə alınıb. Onlardan 16-sı 4 baldan yuxarı olub.

BAKI, 12 fev — Sputnik. Fevralın 12-də Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda 5.3 bal gücündə daha bir zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, axşam saatlarında baş verən yeraltı təkanlar bəzi dağıntılar törədib. Dağılmış və təhlükədə olan evlərin sakinləri üçün çadır və konteyner şəhərciklər salınmaqdadır. Hazırda 300-ə yaxın konteynerdə evsiz qalan 2500 sakin yerləşdirilib. Həmin ərazidə daha 178 konteyner qurulmaqdadır. Gələn həftə isə zəlzələ bölgəsinə əlavə 500 konteynerin gətiriləcəyi planlaşdırılır.

Qeyd edək ki, fevralın 6-dan 12-dək təbii fəlakət bölgəsində 749 zəlzələ qeydə alınıb. Onlardan 16-sı 4 baldan yuxarı olub.

Əlaqədar

Baş seysmoloq: “Azərbaycanda güclü zəlzələ gözlənilmir”
"Türkiyədə zəlzələni xarici qüvvələr törədib"
Türkiyədə canlı yayım zamanı zəlzələ şoku
Teqlər:
zəlzələ bölgəsi, konteyner, şəhərcik, yeraltı təkanlar, Zəlzələ, Çanaqqala vilayətinin Ayvacık rayonu, Türkiyə

Əsas mövzular