Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu bölgədə son bir həftədə 800-dək zəlzələ baş verdi

© AZƏRTACTürkiyədə zəlzələ
Türkiyədə zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 6-dan 12-dək təbii fəlakət bölgəsində 749 zəlzələ qeydə alınıb. Onlardan 16-sı 4 baldan yuxarı olub.

BAKI, 12 fev — Sputnik. Fevralın 12-də Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda 5.3 bal gücündə daha bir zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, axşam saatlarında baş verən yeraltı təkanlar bəzi dağıntılar törədib. Dağılmış və təhlükədə olan evlərin sakinləri üçün çadır və konteyner şəhərciklər salınmaqdadır. Hazırda 300-ə yaxın konteynerdə evsiz qalan 2500 sakin yerləşdirilib. Həmin ərazidə daha 178 konteyner qurulmaqdadır. Gələn həftə isə zəlzələ bölgəsinə əlavə 500 konteynerin gətiriləcəyi planlaşdırılır.

Qeyd edək ki, fevralın 6-dan 12-dək təbii fəlakət bölgəsində 749 zəlzələ qeydə alınıb. Onlardan 16-sı 4 baldan yuxarı olub.

Xəbər lenti
0