21:30 25 Fevral 2018
Canlı yayım
Ticarət mərkəzinin əsas girişi

Binə Ticarət Mərkəzinin rəhbərinə qarşı dələduzluq ittihamı

© Sputnik / Murad Orucov
HADİSƏ
Qısa URL
8910

Kəbirə Məmmədova dələduzluq yolu ilə vətəndaşın 46 min dollarını ələ keçirməkdə günahlandırılır

BAKI, 22 sen — Sputnik. Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova dələduzluqda ittiham olunur. Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək K. Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları məbləğində pulunu ələ keçirdiyini bildirib. Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.

Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov "Report"a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Lakin o, K. Məmmədovanın heç kimdən pul almadığını deyib: "Əksinə, Kəbirə xanım daim xeyriyyəçilik əməlləri ilə məşğul olub. Yəni, o, çox adama pul verib, lakin heç kimdən pul almayıb".

Əlaqədar

"Maşın bazarı"nı kim yandırdı - sensasiyalı ittiham
Dopinqdə ittiham olunan azərbaycanlı idmançı: "Son şansım idi..."
"Hyundai Azərbaycan"a qarşı ağır ittiham
Cavid Hüseynovun məhkəməsində dövlət ittihamçısı dəyişdirildi
Teqlər:
mənimsəmə, Kəbirə Məmmədova, Binə Ticarət Mərkəzi, ittiham, şikayət

Əsas mövzular