Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Binə Ticarət Mərkəzinin rəhbərinə qarşı dələduzluq ittihamı

© Sputnik / Murad OrucovTicarət mərkəzinin əsas girişi
Ticarət mərkəzinin əsas girişi - Sputnik Azərbaycan
Abunə olmaq
Kəbirə Məmmədova dələduzluq yolu ilə vətəndaşın 46 min dollarını ələ keçirməkdə günahlandırılır

BAKI, 22 sen — Sputnik. Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova dələduzluqda ittiham olunur. Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək K. Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları məbləğində pulunu ələ keçirdiyini bildirib. Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.

Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov "Report"a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Lakin o, K. Məmmədovanın heç kimdən pul almadığını deyib: "Əksinə, Kəbirə xanım daim xeyriyyəçilik əməlləri ilə məşğul olub. Yəni, o, çox adama pul verib, lakin heç kimdən pul almayıb".

Xəbər lenti
0