14:12 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Xəzər dənizi

Axtarışda olan şəxs ölümdən xilas edildi

youtube.com
HADİSƏ
Qısa URL
3101

Havanın əlverişsiz olmasına baxmayaraq texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək sahilə çıxarılıb

BAKI, 22 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, texniki-müşa­hidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

DSX-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 19 iyul 2016-cı il tarixdə saat 22:00 radələrində Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Xidmətin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqa­mətdə dərhal axtarış-xilasetmə tədbirləri həyata keçirilib.

Havanın əlverişsiz olmasına baxmayaraq texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək 20 iyul 2016-cı il tarixdə saat 05:15 radələrində sahilə çıxarılıb.

Aparılmış araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsi tərəfindən 07 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddə­si ilə başlanılmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib. Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsinə təhvil verilib.

Əlaqədar

Xəzərdə 3 nəfər batıb
Rusiya yasda: 13 azyaşlı uşaq göldə batdı
Dənizdə iki gəmi batdı
210 miqrant batmaqdan xilas edilib
Salyanda uşaq çayda batib
Teqlər:
Sahil Mühafizəsi, DSX, Dövlət Sərhəd Xidməti, dəniz, Xəzər, xilasetmə

Əsas mövzular