19:08 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
8811

Qəzet redaktoru təzminat ödəməkdən azad edilib, bu vəzifə şeirin müəllifi üzərinə qoyulub

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, bu ilin əvvəlində İmişli Rayon Məhkəməsi (hakim Ülvi Qənbərov), İmişli rayon sakini Quliyev İsrafil Adil oğlunun "şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə" iddia tələbini qismən təmin edərək, "Sabaha inam" qəzetini təkzib verməyə və vurulmuş mənəvi zərərə görə 1000 manat təzminat ödəməyə məcbur edən qətnamə çıxarmışdı.

Məryəm Şahverdiyeva
© Photo : Azer Aliyev

Mübahisəyə səbəb sözügedən qəzetdə dərc edilən "O şeir belə yarandı" sərlövhə altında təqdim edilən müsahibədə və həmin səhifədə yerləşdirilən "Bic gədəsən, bic gədə" başlıqlı şeirdəki bəzi ifadələr olmuşdu.

Bu barədə Sputnik-ə məlumat verən "Sabaha inam" qəzetinin redaktoru Məryəm Şahverdiyeva, qərardan narazı qaldığını və apellyasiya şikayəti verdiyini bildirib. Onun sözlərinə görə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası (hakim Kamran Əkbərov) işə yenidən baxaraq, tələbini qismən təmin edib.

"İddia əvvəldən qəzetimizə müsahibə verən və şeir təqdim edən şəxsə qarşı qaldırılmışdı. Amma hakim, qanunsuzluq edərək bu tələbi redaksiyaya qarşı yönəltmiş, üstəlik işə iştirakımız olmadan baxmışdı. Redaksiya həm də onda təqsirkar bilinirdi ki, müsahibə aldığı şəxslə müqavilə bağlamayıb. Şükürlər olsun ki, bu gülünc hallar aradan qaldırıldı", — redaktor bildirib.

Qəbul edilən yeni qərara görə, İmişli Rayon Məhkəməsinin qətnaməsində dəyişiklik edilib, redaksiya təzminat ödəməkdən azad edilib və bu öhdəlik qəzetə müsahibə verən və şeir təqdim edən, "Yusif Cəfərli" imzası ilə tanınan Usubov Usub Pənah oğlunun üzərinə qoyulub.

Əlaqədar

Ağdaş seçki dairəsinin nəticələri Konstitusiya Məhkəməsinə göndərildi
Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edildi
Məhkəmə Qulu Məhərrəmlinin şikayətini icraata götürməyib
Məhkəmə Taleh Bağırovun apellyasiya şikayətini təmin etməyib
Ali Məhkəməyə hakimlər təyin edildi
Bank ölüyə qarşı iddia qaldırdı, məhkəmə cərimə kəsdi
Teqlər:
Yusif Cəfərli, Usubov Usub Pənah, Məryəm Şahverdiyeva, "Sabaha inam" qəzeti, Quliyev İsrafil Adil oğlu, hökm, Ülvi Qənbərov, İmişli Rayon Məhkəməsi, şeir, İmişli, cəza

Əsas mövzular