Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şeirə görə cəza kəsilib

© Photo : Azer AliyevMəryəm Şahverdiyeva
Məryəm Şahverdiyeva - Sputnik Azərbaycan
Abunə olmaq
İmişli rayon məhkəməsi "Sabaha inam" qəzetini təkzib verməyə və vurulmuş mənəvi zərərə görə 1000 manat təzminat ödəməyə məcbur edən qətnamə çıxarıb

BAKI, 9 mart — Sputnik.İmişli Rayon Məhkəməsi (hakim Ülvi Qənbərov), İmişli rayon sakini İsrafil Quliyevin "şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə" iddia tələbini qismən təmin edib. Məhkəmə "O şeir belə yarandı" sərlövhə altında təqdim edilən müsahibə və şeirdəki bəzi ifadələrə görə, "Sabaha inam" qəzetini təkzib verməyə və vurulmuş mənəvi zərərə görə 1000 manat təzminat ödəməyə məcbur edən qətnamə çıxarıb.

"Sabaha inam" qəzetinin baş redaktoru Məryəm Şahverdiyeva qərarı qanunsuz hesab edir. "Əvvala, iddia ərizəsində cavabdeh qəzet redaksiyası deyil, bizə müsahibə verən və şeir təqdim edən müəllif göstərilib. Amma məhkəmə cavabdeh qismində redaksiyanı tanıyıb", —deyə baş redaktor Sputnik-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məhkəmə bu qərarını gülünc arqumentlə əsaslandırıb: "Belə ki, biz müsahibə aldığımız şəxslə müqavilə bağlamamışıq. İkincisi, məhkəmə çəkişmə, tərəflərin bərabərliyi prinsipini pozaraq işə iştirakımız olmadan baxıb".

Xanım redaktor bu qərardan apellyasiya şikayəti verdiyini də deyib.

Xəbər lenti
0