07:28 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
1901

Bu gün Bakıda keçirilən "Formula-1" üzrə Avropa Qran-prisi başa çatacaq.

BAKI, 19 iyun-Sputnik. Bu gün Bakıda keçirilən "Formula-1" üzrə Avropa Qran-prisi başa çatacaq.

Sputnik-in məlumatına görə, GP2 pilotları əsas yarışdan öncə sonuncu dəfə Bakı trekinə çıxıblar.

Pilotları "Formula 1"ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini edəcəklər.

Yarışda bolidlərin start düzülüşü belə müəyyən edilib: iyunun 18-də keçirilən yürüşdə 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digər pilotlar isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər. Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 kilometrə qədər endirilib.

Poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.

GP2 iştirakçılarının ilk yürüşündə "Prema Racing" komandasından Antonio Covinatsi finişə birinci çatıb. ART komandasının üzvü Sergey Sirotkin ikinci, "Russian Time"dan Rafael Marçello isə üçüncü olub.

Əlaqədar

Formula 1-də ilk qəza baş verib
Formula 1 üzrə Avropa Qran Prisinə start verildi
Formula 1-in ikinci günündə ölkəmizdə hava pis olacaq
"Formula 1" Avropa Qran Prisi rəqəmlərdə
Teqlər:
Sergey Sirotkin, Rafael Marçello, Russian Time, Antonio Covinatsi, "Prema Racing", Formula-1, Formula 1 Avropa Qran Prisi, GP2 seriyası

Əsas mövzular